12 May 2023 13:55
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa Senatı İsveç və Finlandiyadan sonra Ukraynanın da NATO-ya sürətli üzv edilməsi ilə əlaqəli qətnaməni qəbul edib.

Teleqraf.com xəbər verir ki, Senatın qətnaməsində bir sıra mühüm məqamlara diqqət çəkilib.

Polşa Senatı NATO üzvü olan digər ölkələri də Ukraynaya ilə bağlı oxşar fövqəladə prosedur tətbiq etməyə çağırıb.

Kiyevin NATO ölkələri ilə daha sıx hərbi-siyasi əməkdaşlıq vasitəsilə real dəstəyə ehtiyacı var. Varşavada hesab edirlər ki, Ukrayna bu gün qitənin ən güclü ordusuna malikdir, üstün döyüş təcrübəsi mövcuddur.

Qətnamədə həmçinin Rusiya ilə həmsərhəd ölkələrin Ukrayna üçün güclü təhlükəsizlik zəmanəti tələblərinə dəstək ifadə olunub.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər