12 May 2023 15:58
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müxalif Məmləkət Partiyasının sədri Məhərrəm İncə namizədliyini geri götürməsinin səbəbini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, siyasətçi şantajlara görə geri çəkilmədiyini bildirib.

“Biləməyinizi istəyirəm ki, namizədliyimi geri götürməyim bu bədnam kampaniyada yayılan böhtanla bağlı deyil. Bəzi vicdansızların dediyi kimi, saxta kasetlərlə bağlı da deyil. Mən onlara baş əymərəm. Amma bunlar seçicilərə təsir edib. Bu böhtanları atanlar çox təəssüf ki, öz məqsədlərinə çatdılar və seçiciləri manipulyasiya edərək səslərimizi aşağı saldılar. FETÖ və PKK-ya bağlı mənbələrdən bizə edilənlər qarşısında “demokrat” olduğunu iddia edən bəzi siyasətçilər və jurnalistlər əllərini ovuşdurub, gizlicə həzz alırlar. Seçkinin ikinci turuna vəsiqə qazana bilməyəcəyim bəlli oldu. Bu qərarı da ona görə verdim ki, bu bədnam kampaniya bu ölkənin son qalası olan Məmləkət Partiyasını barajın altında saxlamağa doğru gedirdi”, - İncə vurğulayıb.

Partiya sədri mübarizəsinə bundan sonra da davam edəcəyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər