Türkiyədə keçiriləcək seçkilərə saatlar qalmış İYİ Partiyada itkilər davam edir.
Teleqraf.com xəbər verir ki, partiyanın Bandırma (Balıkəsir) təşkilatının gənclər qanadının Sərdar Aksu və komandası HDP ilə əl-ələ verməyəcəklərini bəyan edərək, partiyalarından istefa verib kütləvi şəkildə hakim partiyaya – AKP-yə keçiblər.
AKP-nin sözügedən bölgədə keçirdiyi mitinqdə səhnəyə çıxan Sərdar Aksu istefa verdiklərini və AKP-yə üzv olduqlarını açıqlayıb.
AKP-nin Bandırma təşkilatının sədri Məhmət Doğan Aksuya hakim partiyanın nişanını təqdim edib.
Sabah Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.