Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım “Ata İttifaqı”dan prezidentliyə namizəd olan Sinan Oğanı təbrik ediblər.
Teleqraf.com xəbər verir ki, onlar ilk dəfə prezident seçkilərində iştirak edən Oğanın nəticəsini yüksək dəyərləndirib.
Qeyd edək ki, hazırda olan nəticələrə əsasən Sinan Oğan 5,23 faiz səs toplayıb.