Prezident seçkilərinin II turu üçün Türkiyənin Azərbaycandakı səfirliyində keçiriləcək səsvermənin vaxtı açıqlanıb.
Bu barədə Teleqraf.com-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
“Prezident seçkilərinin ikinci turu üçün səsvermə səfirliyimizdə 20, 21 və 22 may tarixlərində saat 08:00-22:00 arasında keçiriləcək”, - rəsmi məlumatda bildirilib.