22 May 2023 23:06
4 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Belarus rəhbərliyi Rusiyanın işğalçı qüvvələrinin Ukraynanın şərqində və cənubunda məruz qaldığı uğursuzluqlar səbəbindən bu ölkə ilə hərbi əməkdaşlığı məhdudlaşdırıb”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun Baş Qərargah rəisi, general Sergey Naev deyib.

Onun sözlərinə görə, məhdudiyyətlər silah-sursatın tədarükü, eləcə də yeni səfərbər olunanların təlimi üçün poliqonların verilməsinə aiddir. Rusiya tərəfindən Belarusdan Ukraynaya qırıcılar və PUA-larla zərbələrin endirilməsi də dayandırılıb.

“Belarus Respublikasının Baş Qərargahının bəyanatlarını izləyirik, ilk növbədə Rusiyanın Ukrayna ilə müharibədə uğursuzluğu və Qərb dünyasının müvafiq konsolidasiyasına görə ritorikada müəyyən dəyişiklikləri qeyd edirik”, - general vurğulayıb.

Bununla belə, Naevin sözlərinə görə, hələ də Belarusda 13 Rusiya təyyarəsi qalıb.

Bu yaxınlarda Rusiya Belarusdan Ukraynaya hərbi eşelonlar göndərib. Ən azı 3 eşelon birbaşa döyüş bölgəsində yerləşdirilib.

Hazırda Belarus ərazisində 2500-ə yaxın rus hərbçisi var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər