25 May 2023 11:21
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna hərbçilərinin əks-hücum əməliyyatı artıq başlayıb”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib.

O bildirib ki, bütün sərhəd xətti boyunca şiddətli döyüşlər gedir:

“Əks-hücum əməliyyatları artıq bir neçə gündür davam edir”.

Podolyakın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə zərbə endirməyəcək:

“Biz yalnız işğal olunmuş ərazilərin işğaldan azad edilməsi üçün çalışırıq. Biz silahlarda Donbas və Krımda Rusiyanın mövqelərini məhv etmək üçün istifadə edirik”.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər