Pakistanın Gilgit-Baltistan bölgəsində baş verən qar uçqunu nəticəsində azı 10 nəfər həyatını itirib, 24 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, Astore bölgəsindəki Şunter aşırımında qar uçqunu düşüb.
Ərazidə axtarış-xilasetmə işləri davam edir.
Qar uçqunlarının tez-tez baş verdiyi bölgədə 7 min metrdən yuxarı 50-dən çox dağ var. Gilgit-Baltistanda hündürlüyü 8 min metrdən yüksək olan dünyanın 14 zirvəsindən 5-i yerləşir.