3 İyun 2023 16:48
15 728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezidenti seçilməsi PKK terror təşkilatı və onun siyasi qanadı HDP-də çaxnaşma və gərginliyə səbəb olub.

Teleqraf.com xəbər verir ki, HDP və PKK dəstəyinə baxmayaraq aldığı səslərdən məyus olan CHP sədri Kamal Kılıçdaroğluna yönəlik Qəndildən yeni açıqlamalar gəlməkdə davam edir.

PKK lideri Duran Kalkan Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi səbəbindən Qəndildə narahatlıq yarandığını etiraf edib.

“Hökumətin ilk hədəfi PKK olacaq”, - baş terrorçu deyib.

Kalkan CHP-çiləri məğlubiyyətə görə Kılıçdaroğludan hesabat istəməyə də çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər