3 İyun 2023 15:39
1 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya keçmiş Sovet İttifaqının üzvü olan bütün ölkələrə nəzarəti geri qaytarmaq və onların üzərində tam işğala sahib olmaq istəyir”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Ukrayna lideri “Minsk razılaşmaları”nın Donbas münaqişəsinin dondurulmasına gətirib çıxardığını və bunun yalnız Rusiyaya sərfəli olduğunu vurğulayıb.

Zelenski 2019-cu ilin dekabrında “Normand Dördlüyü”nün liderləri - Angela Merkel, Emmanuel Makron və Vladimir Putinlə görüşünü xatırladıb. Prezident qeyd edib ki, o vaxt Rusiya Donetsk və Luqansk bölgələrində davam edən müharibəni dayandırmaq istəməyib.

“Bu, onun üçün sərfəli deyil. Həm Moldovada, həm də Gürcüstanda yoxladı. Görün bu ölkələrin başına nə gəldi. İqtisadiyyatı inkişaf etmiş, ÜDM-ü yüksək olan inkişaf etmiş ölkələrə çevrilməyə imkan vermədilər. Dondurulmuş münaqişə və Rusiya onlara bunu vermədi”, - Zelenski bildirib.

Ukrayna lideri xüsusilə vurğulayıb ki, Rusiyanın öz sərhədlərinin qorunması ilə bağlı bəyanatları Moldovadakı münaqişə ilə puç olur:

“Yaxşı, bəs onun Moldova ilə sərhədləri haradadır? Sərhəd yoxdur. Keçmiş Sovet İttifaqında olan bütün dövlətləri diqqətdə saxlayır. Onları geri qaytarmaq və hər şeyi tam işğal etmək istəyir”.

Zelenski Ukraynanın müharibənin dondurulmasına gətirib çıxara biləcək “sülh plan”ına hazır olmadığını da deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər