6 İyun 2023 09:52
1 335
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhədə vəziyyət yenidən gərginləşməyə başlayıb. Ukrayna ordusu son sutka ərzində bir sıra istiqamətlərdə Rusiyanın 40-dan çox hücumunun qarşısını alıb. Uzun müddətdir gündəlik belə həmlələrin sayı 30-dan az idi.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ruslar Liman istiqamətində Beloqorivka ərazisində uğursuz hücum əməliyyatı keçirib. Baxmut yaxınlığında isə İvanovsk istiqamətində irəliləməyə çalışsalar da, buna nail ola bilməyiblər.

Rus ordusu cənubda Avdiv, Severnı və Nevelski istiqamətlərində hücuma cəhd edib. Marin şəhərində də Rusiya qüvvələrinin çoxsaylı hücumları dəf edilib.

Həmçinin Baş Qərargah ilk dəfə olaraq Rusiyanın Şaxtyor istiqamətində - Zaporoje və Donetsk vilayətlərinin qovşağında yerləşən Novosilkaya hücumu barədə məlumat verib. Amma bu cəhd uğursuz olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər