7 İyun 2023 18:13
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, liderlər Rusiya-Ukrayna müharibəsindəki gəlişmələri müzakirə ediblər.

Prezident Ərdoğan görüş zamanı Kaxov bəndində baş verən partlayışla bağlı hərtərəfli araşdırmanın şübhəyə yer qoymayacaq şəkildə aparılmasının vacib olduğunu bildirib. Rusiya və Ukrayna mütəxəssislərinin, BMT və Türkiyənin də daxil olduğu komissiya yaradıla biləcəyini deyən Ərdoğan Türkiyənin bu kontekstdə üzərinə düşəni etməyə hazır olduğunu söyləyib.

Bütün dünyanın taxıl müqaviləsinin davam etdirilməsinə verdiyi önəmi vurğulayan Türkiyə lideri birgə səylərlə əldə edilən razılaşmanın qlobal ərzaq böhranının həllində mühüm rol oynadığını vurğulayıb.

Prezident Ərdoğan həmçinin Rusiyanın taxıl və gübrə ixracına maneələrin aradan qaldırılması üçün BMT ilə məsləhətləşmələrin davam etdirilməsindən faydalanacağını bildirib. Türkiyə olaraq ədalətli sülhün bərqərar olması üçün lazımi səyləri göstərməyə davam etməkdə qərarlı olduqlarını qeyd edən Ərdoğan qarşıdurmaların sona çatması üçün bütün lazımi dəstəyi verməyə hazır olduqlarını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu