ABŞ dövlət katibi Entoni Blinken İsrail Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb.
Teleqraf.com xəbər verir ki, tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
“Baş nazir və dövlət katibi qarşılıqlı maraq doğuran sahələri, o cümlədən region ölkələri ilə normallaşma yolu ilə İsrailin Yaxın Şərqə inteqrasiyasının genişləndirilməsi və dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparıblar, - ABŞ Dövlət Departamentinin açıqlamasında deyilir.
Telefon danışığında İranın yaratdığı təhlükə və ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyi kimi daha geniş regional problemlər də müzakirə olunub.