İran və "altılıq" ölkələri (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa, Almaniya) arasında danışıqlar növbəti dəfə təxirə salınıb. Beləliklə, nüvə danışıqlarının növbəti raundu 2015-ci ilin yanvarın 15-də yox, 18-də keçiriləcək.
Teleqraf.com-un məlumatına görə, bu barədə TASS diplomatik dairələrdəki mənbəsinə istinadən məlumat yayıb.
“Bu qrafik bütün tərəfləri qane edəcək. Bu səbəbdən görüşü yanvarın 18-də Cenevrədə keçirmək qərara alınıb”, deyə mənbə bildirib.
Bundan əvvəl görüşün yanvarın 15-də keçiriləcəyi bildirilirdi.