7 Yanvar 2015 07:46
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Vaşinqton yenidən Rusiyanı Ukraynaya münasibətdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə günahlandırıb. Ağ Ev bəyan edib ki, Kreml Ukraynada münaqişənin həlli ilə bağlı üzərinə götürdüyü tələblərə əməl etmir.

Teleqraf.com-un “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə ABŞ prezidenti administrasiyasının nümayəndəsi Coş Ernest bildirib.

“Rusiya öz öhdəliklərini yerinə yetirməkdən imtina etdikcə Kremlin yeni sanksiyalarla üzləşmə riski də artacaq”, deyə Ernest qeyd edib.

Ağ Ev nümayəndəsinin sözlərinə görə, öhdəliklər dedikdə, o, separatçılara hərbi dəstəyə son qoyulmasını nəzərdə tutur.

Ernest vurğulayıb ki, Rusiya öhdəlikləri yerinə yetirəcəyi təqdirdə prezident Obama Moskvaya qarşı sanksiya rejimini aradan qaldıracaq.


Müəllif: