“Kreml Ukraynaya qarşı müharibədə məğlubiyyətdən salamat çıxa bilməyəcək. Məğlub olacağı təqdirdə parçalanma və çöküş olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı jurnalist İqor Eydman deyib.
“Kreml məğlubiyyətdən salamat çıxa, özünü qoruya bilməyəcək”, - jurnalist bildirib.
Onun fikrincə, Ukrayna indi NATO üzvü deyil, əvvəllər də ona görə qəbul edilməyib ki, alyans ölkələrinin Ukraynaya yardım etmək istəyi olub, amma Vladimir Putinin başçılıq etdiyi Rusiyaya qarşı müharibəyə hazır olmayıblar.
“Müharibə Ukraynanın qələbəsi ilə başa çatdıqdan sonra heç bir təhdid və maneə olmayacaq”, - Eydman vurğulayıb.