“İsveç NATO üzvlüyünə nail olmaq üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Xüsusilə, Stokholm üçtərəfli memoranduma əməl etməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Yaşar Gülər deyib.
“İkitərəfli görüşlərimizdə biz müttəfiqlərimizə bildirdik ki, İsveç üçtərəfli memorandumda göstərilən öhdəlikləri yerinə yetirərsə, Finlandiya kimi NATO üzvü ola bilər”, - deyə o bildirib.