19 İyun 2023 10:28
5 686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Ukrayna müharibəsi davam edərkən, İsveçdən diqqətçəkən hesabat gəlib.

Teleqraf.com xəbər verir ki, İsveç parlamentinin Müdafiə Komitəsinin hazırladığı hesabatda Rusiyanın bu ölkəyə hücumunun mümkünlüyünə nəzər yetirilir.

Sənəddə Rusiyanın quru qüvvələrinin Ukraynada yerləşdiyi və prioritetin bu ölkə olduğu, İsveçə qarşı fərqli formalarda hücuma keçə biləcəyi iddia olunur.

“Rusiya hələ də öz hava qüvvələri, dəniz donanması, uzaqmənzilli və ya nüvə silahları ilə İsveçə hücum etmək imkanına malikdir”, - hesabatda deyilir.

Sənəddə İsveçin Skandinaviya ölkələri və Avropa Birliyi əvəzinə NATO ilə daha yaxın olması və bu yeni doktrinanın həyata keçirilməsi vacibliyi vurğulanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər