20 İyun 2023 11:58
9 543
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Der Spiegel” qəzeti Almaniya Müdafiə Nazirliyinin gizli sənədlərinə əsaslanaraq, alman ordusunun inventarında yalnız 20 min yüksək partlayıcı mərmi qaldığını bildirib.

Teleqraf.com xəbər verir ki, qəzet müharibə durumunda Almaniyanın müdafiəsiz qala biləcəyini iddia edir.

Sənəddə qeyd olunur ki, Almaniya ordusu NATO-nun 30 günlük gərgin döyüşünə tab gətirə biləcək qədər artilleriya ehtiyatına sahib olmaq üçün 2031-ci ilə qədər təxminən 230 min mərmidən ibarət inventar yaratmalıdır.

Hesabatda təklif edilir ki, Müdafiə Nazirliyi qarşıdakı aylarda sürətləndirilmiş artilleriya və tank sursatlarının alınması ilə bağlı 9 müqaviləni büdcə komitəsinə təqdim etməyi hədəfləyir.

Almaniya kimi bir çox ölkə ötən ilin fevralından Ukraynanı Rusiyanın hücumlarına qarşı müdafiə etmək üçün haubitsalarda istifadə olunan mərmilərlə təmin etmək üçün hərəkətə keçib. Nəşr bunun ölkənin müdafiə ehtiyatlarını əritdiyini yazır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər