23 İyun 2023 16:34
2 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya İran istehsalı digər PUA-ların tədarükü ilə bağlı danışıqlar aparır. Bundan əlavə, “Şahid”lərin tədarükü ilə bağlı müqavilələr sona qədər yerinə yetirilməyib”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun Baş Kəşfiyyat İdarəsinin (QUR) nümayəndəsi Vadim Skibitski deyib.

Onun sözlərinə görə, Rusiya hazırda əsasən Ukraynanı dronlarla vurmağa üstünlük verir.

“Bu gün onlar üçün vacib olan budur. Çünki onların istehsal etdikləri “Orlan-10” daha çox kəşfiyyat dronu kimi istifadə olunur. Bunlardan genişmiqyaslı işğaldan əvvəl istehsal edilmiş çoxlu sayda olması kəşfiyyat ehtiyaclarını dəstəkləməyə imkan verir”, - QUR nümayəndəsi bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər