Rusiyanın Voronej şəhərindəki hərbi obyektlər və inzibati binalar “Vaqner” döyüşçülərinin nəzarətinə keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Röyter” agentliyi məlumat yayıb.
Agentliyin Rusiya xüsusi xidmət orqanlarındakı mənbələrinə istinadla verdiyi məlumata görə, Voronej artıq Yevgeni Priqojinin ordusunun nəzarətində olan Rostovun taleyini yaşayır.
Polkovnik İqor Qirkin “Vaqner”in Rusiyanın nizami ordusunun müqaviməti olmadan Voronejə daxil olduğunu təsdiqləyib. Onun sözlərinə görə, Rusiya sürətlə vətəndaş müharibəsinə sürüklənir, çünki Voronejin alınması qiyamçıların Moskvaya yolunu açır.