25 İyun 2023 23:04
3 571
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Putin həyatı boyu qiyamı yatırmaqda ona kömək edən Lukaşenkoya borclu qalacaq”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiyanın ictimai-siyasi həyatındakı son gəlişmələrə diqqət çəkib:

“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyada baş verən hadisələrlə bağlı ölkəsinin Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirməsi anlaşılandır. Rusiyada qiyam müvəqqəti yatırılsa da, Astana min kilometrlərlə sərhədi olan qonşusunun ərazisində gələcəkdə oxşar hadisələrin baş verəcəyindən ehtiyatlanır.

Astana Rusiyada Qazaxıstanın şimalını qarışdırmaq istəyən qüvvələrin varlığından da xəbərdardır. Dünən gün ərzində Kollektiv Təhlükəsizlik Müqaviləsinə üzv olan ölkələrin liderləri hörmət əlaməti olaraq Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb, müxtəlif formalarda ona dəstəklərini ifadə ediblər. Bu danışıqların fonunda Kasım-Jomart Tokayevin Vladimir Putinə “baş verənlər Rusiyanın daxili işidir” deməsi diqqətdən yayınmayıb. Qazaxıstan prezidenti sanki bununla rusiyalı həmkarına demək istəyib ki, Moskvada vəziyyət qarışsa, bizə ümid etməyin.

Putinin ümidini yalnız Belarus Prezidenti Aleksandr Lukaşenko doğrulda bilib. Rusiya lideri həyatı boyu Lukaşenkoya borclu qalacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər