Meksikanın Guerrero ştatında torpağa basdırılmış 10 cəsəd və 11 kəsik insan başı tapılıb.
Teleqraf.com-un xarici mediaya istinadən verdiyi məlumata görə, prokuror Migel Angel Godinez Munyoz verdiyi açıqlamada cəsədlərin çoxunu əli bağlı olduğunu və işgəncə ilə öldürüldüyünü bildirib. O həmçinin 11 insan başının 4 plastik paketdə olduğunu da qeyd edib.
Qeyd edək ki, Guerrero ştatında müəllimlərin iş şəraitlərini etiraz edən 43 tələbə sentyabrın 27-dən itkin düşüb. Tapılan cəsədlərin onlara məxsus olduğu ehtimal edilir.
Samir