26 İyun 2023 17:12
1 495
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rostovun ələ keçirilməsi, “Vaqner” muzdlularının Moskvaya sürətli yürüşü, hüquq-mühafizə orqanlarının üsyana müqavimət göstərməməsi Rusiya Prezidenti Vladimir Putinin ruslar arasında nüfuzuna xələl gətirib”.

Teleqraf.com xəbər verir ki, bunu “Nezavisimaya qazeta”nın baş redaktoru Konstantin Remçukov “Nyu-York Tayms”a deyib.

Onun fikrincə, Rusiya elitasının nümayəndələri Putini 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etməməyə inandırmağa cəhd edə bilərlər.

“Hakimiyyətdə olanda sabitliyi və təhlükəsizliyi təmin edən Putin son saatlarda uğursuzluğa düçar oldu. Əgər bir ay əvvəl mən Putinin mütləq seçkilərə gedəcəyinə əmin idimsə, bu onun hüququdur, indi görürəm ki, elit dairələr artıq özlərini tam təhlükəsiz hiss edə bilmirlər”, - Remçukov söyləyib.

Onun sözlərinə görə, qiyam baş verən gün bir neçə məşhur şəxs Rusiyanın paytaxtından qaçıb.

Jurnalist əlavə edib ki, Putinə yaxın adamlar onu seçkilərdə iştirak etməməyə inandırmağa çalışa bilərlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər