27 İyun 2023 00:46
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ştatlar bu gün Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım paketinin ayrıldığını elan edəcək.

Teleqraf.com xəbər verir ki, CNN bu barədə ABŞ administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.

Paketə "Bradley" zirehli maşınları və "Stryker" zirehli transportyorları daxil olacaq. Ukraynaya veriləcək avtomobillərin dəqiq sayı barədə məlumat verilmir.

İyun ayında ABŞ artıq Ukraynaya 325 milyon dollarlıq hərbi yardım ayırdığını bəyan edib. Ümumilikdə, ABŞ 2022-ci ilin fevralından bəri Ukraynaya hərbi yardım üçün 39 milyard dollar ayırıb.


Müəllif: Teleqraf.com