İstanbulda separatçı terror təşkilatı PKK-ya qarşı həyata keçirilən əməliyyatda təşkilatın Suriya qolu PYD/YPG sıralarında olan 9 terrorçu yaxalanıb.
Teleqraf.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, əməliyyatlar İstanbul Polis İdarəsi Kəşfiyyat Şöbəsi və TEM qrupları tərəfindən həyata keçirilib.
Əməliyyatlar zamanı rəqəmsal materiallar və müxtəlif ölçülü 72 güllə ələ keçirilib.