Bu il zəlzələnin Türkiyəyə vurduğu maddi zərərin həcmi 104 milyard dollara çatıb.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Zəlzələdən sağ çıxanlarımızı heç kimdən asılı vəziyyətə salmayacağıq. 11 əyalətimizin hamısında dirçəliş və quruculuq işləri davam edir. Biz itirilmiş ruhlarımızı geri qaytara bilmərik, lakin maddi itkilərimizi kompensasiya etmək üçün imkanımız və gücümüz var. Ümid edirik ki, zəlzələ bölgəsində evi dağılan bir çox vətəndaş növbəti bayramı öz evlərində qarşılayacaq. Oktyabr-noyabr aylarından zəlzələ evlərinin təhvil verilməsinə başlayacağıq. Şəhərlərimizi əvvəlkindən daha təhlükəsiz edənə qədər durmadan çalışacağıq. Əsas gündəliyimiz zəlzələ zonasıdır", - Türkiyə prezidenti qeyd edib.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə dağıdıcı zəlzələ baş verib.