Rusiya ordusu gecə saatlarında Krasnodar vilayətindən Ukrayna ərazilərinə İran PUA-ları (“Şahid”) ilə zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Ümumilikdə Ukrayna ərazilərinə 18 “Şahid” dronları atılıb.
Cənub və şərq bölgələrində zenit müdafiəsi işləyirdi.
Ukrayna ordusunun zenit-raket qoşunlarının bölmələri, qırıcı təyyarələri və mobil atəş qruplarının apardığı əməliyyatlar nəticəsində 12 “Şahid” məhv edilib.