Rusiya pulunun tam ödənilməsinə baxmayaraq, hələ də “Su-35” qırıcılarını İrana təhvil verməyib.
Teleqraf.com xəbər verir ki, Həsən Ruhaninin 2021-ci ildə başa çatan ikinci prezidentlik dövründə Tehran Moskvadan 50 qırıcı təyyarə sifariş edib.
Rusiya müqaviləni 2023-cü ildə yerinə yetirəcəyinə söz verib. İndi isə İran rəsmiləri Moskvanın sözünün üstündə duracağına inanmırlar.
Rusiyadan hərbi texnikaların alınması ilə bağlı problemlər İran Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Həmid Vahedinin açıqlamasından da məlum olur.
“Su-35” qırıcılarının alınmasına gəlincə, bunlara ehtiyacımız var. Amma eskadronumuza nə vaxt gələcəklərini bilmirik”, - Vahedi deyib.
Tehrana yeni döyüş təyyarələri 1979-cu il inqilabından əvvəl – şah rejimi dönəmindən xidmətdə olan ABŞ təyyarələrindən ibarət hava qüvvələri donanmasını təkmilləşdirmək üçün lazımdır.
İran isə Rusiyaya təkcə kamikade dronları, döyüş sursatları yox, həmçinin 122 mm-lik D-30 haubitsaları və T-72 tankları üçün 125 mm-lik mərmilər və lülələr verir.