İtaliyanın xarici işlər naziri Antonio Tajani Forza “İrəli, İtaliya” partiyasının milli katibi təyin edilib.
Teleqraf.com xəbər verir ki, partiyanın yaradıcısı və lideri iyunun 12-də 86 yaşında vəfat edən İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni olub.
“İrəli, İtaliya”nın yeni rəhbəri kimi Tayaninin namizədliyi partiyanın Milli Şurası tərəfindən dəstəklənib. Açılış nitqi ilə çıxış edən XİN rəhbəri bildirib ki, partiya hökumət koalisiyasına loyal olsa da, mövqeyi həmişə fərqli olacaq.
Antonio Tayani 4 avqust 1953-cü ildə anadan olub. O, 2022-ci ilin oktyabrından İtaliyanın xarici işlər naziridir. 2008-2010-cu illərdə nəqliyyat üzrə Avropa komissarı, 2010-cu ilin fevralından 2014-cü ilin oktyabrınadək Sənaye və Sahibkarlıq üzrə Avropa Komissarı vəzifəsində işləyib.
2017-2019-cu illərdə Tayani Avropa Parlamentinə rəhbərlik edib. Nazir Berluskoninin çoxdankı siyasi tərəfdaşıdır.