18 İyul 2023 13:24
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, müdafiə nazirinin birinci müavini general-leytenant Edvard Asryan Vaşinqtona gedib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, səfərdə məqsəd ABŞ Dövlət Qvardiyasının Milli Əməkdaşlıq Proqramının 30-cu ildönümünə həsr olunan konfransda iştirak etməkdir.

Asryan ABŞ qvardiyası milli bürosunun rəisi general Deniel Hokanson, ABŞ-nin Avropa komandanlığının strategiya, planlaşdırma və siyasət üzrə direktoru general-mayor Daniel Lasika və ABŞ Milli Qvardiyasının Kanzas ştatının komandanı generalının adyutantı, briqada generalı Maykl Venerdi ilə görüşüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər