Türkiyənin Malatya bölgəsində 3,9 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ yerli vaxtla 02.03-də baş verib. Episentri Malatyanın Pütürge rayonunda olan zəlzələ yerin 7 kilometr dərinliyində qeydə alınıb.
Dağıntı və tələfat haqda məlumat yoxdur.