Avropa İttifaqı Ukraynanın demək olar ki, bütün kənd təsərrüfatı məhsullarını "həmrəylik dəhlizi" ilə ixrac etməyə hazırdır.
Teleqraf.com "Sky News"a istinadən xəbər verir ki, bu bəyanatla Aİ-nin kənd təsərrüfatı üzrə komissarı Yanuş Voyçexovski çıxış edib.
O qeyd edib ki, Rusiya "taxıl saziş"in dən çıxmamışdan və “taxıl dəhlizi" bağlanmamışdan əvvəl, Ukrayna ixracının 60%-i “həmrəylik dəhlizləri”, 40%-i isə Qara dəniz vasitəsilə daşınıb.
"Biz demək olar ki, hər şeyi ixrac etməyə hazırıq. Bu, ayda təxminən 4 milyon ton yağlı və taxıl məhsulu təşkil edir. Biz bu həcmə ötən ilin noyabrında çatmışıq", - Voyçexovski bildirib.