ABŞ prezidenti Co Bayden gələn həftəsonu Delaverdəki çimərlik iqamətgahına yola düşəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.
Dövlət başçısının korteji artıq Delaverdəki Prezident Evinin qarşısındadır.
Respublikaçılar hesablamalar aparıb və məlum olub ki, Co Bayden prezident olduğu iki il yarımda həftəsonu 358 gün istirahət edib, demək olar ki, bir il dincəlib.