5 Avqust 2023 00:09
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukrayna ordusunun iyun və iyul aylarında keçirilən əks-hücumlarda 43 mindən çox əsgər itirdiyini iddia edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov açıqlama verib.

“Ukrayna Silahlı Qüvvələrinin iyun və iyul aylarında döyüşlər zamanı Kiyev rejiminin adlandırdığı əks-hücumun əvvəlindən itkiləri artıq 43 mindən çox əsgərə çatıb”, - deyə Konaşenkov qeyd edib.

O bildirib ki, bu göstəriciyə Ukrayna və xaricdəki xəstəxanalara təxliyə edilən yaralılar və əcnəbi muzdlular, arxa bölgələrdə uzaqmənzilli yüksək dəqiqlikli silahlarla hücumlar nəticəsində zərərsizləşdirilən hərbi qulluqçular daxil deyil.


Müəllif: Teleqraf.com