5 Avqust 2023 21:34
25 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bundan sonra vəzifəmin böyük hissəsini müsəlman ölkələri ilə əlaqələri inkişaf etdirməyə həsr edəcəm”.

Teleqraf.com xəbər verir ki, bunu İsveç xarici işlər naziri Tobias Billström deyib.

Nazir İslam dininin müqəddəs kitabı Quranı yandıranları “təxribatçı” adlandırıb:

“İstənilən formada islamofob davranışlar İsveç hökuməti tərəfindən rədd olunur. Bu, hökumətin mövqeyini əks etdirmir. Bu, təkcə İslamın ayrılmaz hissəsi olan müsəlmanlar üçün təxribat deyil, həm də Qurana və ya hər hansı müqəddəs kitaba hörmətsizlik İsveç cəmiyyəti tərəfindən son dərəcə təhqiramiz və hörmətsiz hərəkət kimi qiymətləndirilir”.

Billström müqəddəs kitabların yandırılmasının qarşısını almaq üçün İctimai Asayiş Qanununa dəyişiklik etmək üçün işə başladıqlarını vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər