Bəzi ölkələr nüvə silahından istifadə ehtimalı ilə hədələdiyindən, nüvə müharibəsinin kölgəsi yenidən dünyanı bürüdü.
Teleqraf.com xəbər verir ki, bu fikir BMT-nin Baş katibi Antonio Quterreşin Yaponiyada Amerikanın Xirosimaya atom bombası atmasının 78-ci ildönümünə həsr olunmuş anım tədbirləri ilə bağlı müraciətində qeyd olunub.
“Nüvə müharibəsinin təbilləri yenidən döyünür. Etibarsızlıq və fikir ayrılıqları güclənir. Soyuq Müharibə illərində dünya üzərində asılmış nüvə kölgəsi yenidən üzə çıxıb və bəzi ölkələr yenidən ehtiyatsızlıqdan nüvə qılıncını cingildəyir, bu məhvetmə vasitəsindən istifadə etməklə hədələyir”-deyə, o bildirib.
Baş katib bütün ölkələri nüvə silahından tam imtina etməyə çağırışını təkrarlayıb. O qeyd edib ki, nüvə tərksilahı BMT-nin əsas məqsədlərindən biridir.