Belarus Silahlı Qüvvələri Polşa və Litva sərhədində hərbi təlimlərə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyindən bildirilib.
Məlumatda bildirilir ki, hazırlıqlar çərçivəsində xüsusilə PUA-ların tətbiqi ilə bağlı təcrübə qazanılır.
Qeyd edək ki, bundan əvvəl Polşa və Litva “Vaqner” Xüsusi Hərbi Şirkətinin ehtimal edilən təxribatı səbəbindən Belarusla sərhədi bağlaya biləcəyini bildirmişdi.