Nigerin Fransadakı səfirinin oğlu İdrissa Keyn ölkənin paytaxtı Niameydə həbs edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə AFP məlumat yayıb
Keyn dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunur.
Qiyamçılar Nigerin Fransa, ABŞ, Nigeriya və Toqodakı səfirlərinin səlahiyyətlərini dayandırdıqlarını elan etmələrinə baxmayaraq, Parisdəki səfir Aiçatu Bulama Kane vəzifəsində qalıb.
Səfir bildirib ki, onun səlahiyyətlərinə xitam verilməsi barədə qərar etibarsızdır, qeyri-qanuni hökumət tərəfindən qəbul edilib.