“Brüsselin ötən il Gürcüstana Avropa Birliyinə namizəd ölkə statusu verməmək qərarı ədalətsizdir, çünki bir çox göstəricilərə görə Moldova və Ukraynadan irəlidəyik”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
Onun sözlərinə görə, Gürcüstan namizəd statusu əldə etmək üçün Avropa Komissiyasının bütün tövsiyələrini ardıcıl olaraq yerinə yetirir.
“Ümid edirik ilin sonuna kimi Brüsseldə Gürcüstana Avropa Birliyinə namizəd statusunun verilməsi ilə bağlı ədalətli qərar veriləcək ki, bu da mühüm siyasi addım olacaq. Nəhayət, bu təşkilata qoşulmaqla Avropa Birliyi ilə danışıqlara başlamaq istəyirik”, - Papuaşvili bildirib.