Şimali Koreya lideri Kim Çen In Silahlı Qüvvələrin baş komandanını əvəzləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Şimali Koreya nəşri yazıb.
Kim Çen mümkün müharibəyə hazırlaşmağa, silah istehsalını artırmağa və hərbi təlimləri genişləndirməyə çağırıb.
Nəşr qeyd edir ki, Kim Çen In bu haqda Şimali Koreyanın adları açıqlanmayan düşmənlərinin qarşısını almaq üçün əks tədbirlər planlarını müzakirə edən Mərkəzi Hərbi Komissiyanın iclasında bəyanat verib.