11 Avqust 2023 10:16
17 521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Müdafiə Qüvvələri bir neçə istiqamətdə Dneprdən uğurla keçərək Xerson vilayətində çayın sol sahilində bir sıra körpüləri ələ keçirə bilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko məlumat verib.

“Xerson istiqaməti bizim üçün perspektivli idi, məhz bizim üçün çox vacib olduğuna görə düşmən Kaxov SES-in bəndini partlatdı. Buna görə də cəbhənin bu hissəsində hücum bir müddət mümkün olmadı. İndi şərait dəyişib. Yayın son aylarında torpaq quruyub. Bu təbii amillər önəmli məsələlərin həllinə kömək edir”, - Romanenko bildirib.

Onun sözlərinə görə, bu, hücumun yeni elementi deyil, davamıdır:

“Məlumata görə, Antonovski körpüsündən Oleşkiyə doğru Ukrayna Silahlı Qüvvələrinin sol sahildə körpüsü var. Bizimkilərin adalarda görünməyə başlaması haqda məlumatlar da var. Qərb mənbələrinə görə, artıq Qolya Pristana daxil olmuşuq”.

General qeyd edib ki, Ukrayna qüvvələri sol sahildə yeni körpülər atmaq və bu istiqamətdə hücum əməliyyatlarının daha dərin perspektivlərini həyata keçirmək üçün növbəti addımları atır.

Romanenko Ukrayna ordusunun Azov dənizi və Krıma yönələ biləcəyi ilə bağlı iddiaları da şərh edib. Onun fikrincə, istiqamətin prioriteti ilə bağlı qərar daha yaxşı olacağı yerdə verilməlidir. General qeyd edib ki, indi üç istiqamətdə - Melitopol, Berdyan, Xersonda hərəkət etmək lazımdır.


Müəllif: Mənsur Rəğbətoğlu