Ukrayna qüvvələri Kupyan-Svatov-Kreminna xəttində hücum əməliyyatları keçirib, həmçinin Baxmut yaxınlığında əks-hücumu davam etdirirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun Vilşanaya, Sinkivka, Mankivka, Stelmaxivka, Novoselivski və Kuzminıda hücumlarının qarşısının alınması barədə məlumat verib.
Rusiya qoşunları da Kupyan-Svatov xəttində hücum əməliyyatları keçirib, amma heç bir təsdiqlənmiş irəliləyiş əldə olunmayıb. ISW bəzi rus mənbələrinin iddia etdiyi kimi, Rusiya ordusunun Sinkivkada irəlilədiyinə dair təsdiqi müşahidə etməyib.
Bundan başqa, institut bildirir ki, Ukrayna qoşunları cəbhənin bir neçə istiqamətində əks-hücumunu davam etdirir, Zaporoje vilayətinin qərb hissəsində və Donetsk-Zaporoje xəttində Urojanı qəsəbəsini azad edərək irəliləyib.
Ukrayna ordusunun əks-hücumunun davam etdiyi istiqamətlərdən biri də Baxmut, Berdyan və Melitopoldur. Artıq Rusiya qüvvələrinin Urojanı istiqamətindən geri çəkildiklərinə dair xəbərlər rəsmən təsdiqlənib.
Ukrayna qüvvələrinin şimal-şərqə doğru irəlilədiyi, Zaporojenin şimal-şərqindəki meşə ərazilərdə böyük uğurlar əldə etdikləri deyilir.