18 Avqust 2023 15:56
48 668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin və Rusiya donanmalarına aid 11 gəmi Yaponiyanın cənubundakı adaları yaxınlığında ərazi sularına daxil olduqdan sonra Tokio vəziyyətdən ciddi narahat olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyindən verilən açıqlamada avqustun 15-də Okinotori adasından 280 km şimal-şərqdə raket əleyhinə sistemlərlə təchiz edilmiş 6 Çin, 5 Rusiya hərbi gəmisinin təsbit edildiyi bildirilib.

Gəmilər Okinava ilə Miyako adaları arasındakı suları keçdikdən sonra Şərqi Çin dənizinə doğru hərəkət ediblər. Çin və Rusiya gəmilərinin ilk dəfə bölgəni birlikdə keçdiklərinə diqqət çəkilib.

Müdafiə Nazirliyi iki ölkənin Yaponiya ətrafında birgə hərbi fəaliyyətini qeyd olunan ölkələrin dəfələrlə Yaponiyaya qarşı öz güclərini göstərmək üçün atdıqları addımlar kimi qiymətləndirib.

Yaponiya narahatlıqlarını diplomatik kanallarla Çin və Rusiyaya çatdırıb.

Gəmilərin bu yaxınlarda Çin və Rusiyanın Sakit okeanda keçirdiyi birgə patrulda iştirak etdiyi güman edilir.

Avqustun əvvəlində Çin və Rusiya ABŞ-ın Alyaska ştatı yaxınlığında da birgə hərbi təlimlər keçirmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər