Ukraynanın müdafiə naziri Aleksiy Reznikov istefa verə bilər.
Teleqraf.com "Klymenko Time" nəşrinə istinadən xəbər verir ki, bu barədə Reznikov özü deyib.
"Belə qərarları dövlət başçısı verir, amma istefamı istəyən insanlara gülməyə gücüm və yumor hissim bitsə, özüm də istefa verə bilərəm", - Reznikov mediada yayılan fikirlərə cavab olaraq bildirib.
“Ukrayinska Pravda” Ukrayna prezidenti Vladimir Zelenskinin Reznikovun yerinə adam axtardığını yazmışdı.