16.19
Xəbər veridimiz kimi, Ermənistanın Gümrü şəhərinin Şirak rayonunda bir ailənin 6 üzvü güllələnib.
Aparılan araşdırmalar zamanı məlum olub ki, cinayəti törədən Rusiyanın 102-ci bazasında xidmət edən hərbçi Valeri Permjakovdur. Yerli mediada Permjakovun şəkilləri dərc olunub. Polis hazırda onun axtarışlarını davam etdirir.
14.50
Ermənistanın Gümrü şəhərinin Şirak rayonunda bir ailənin 6 üzvü güllələnib.
Teleqraf.com news.am-a istinadən xəbər verir ki, rayonun Miasnikyan rayonunda baş verən hadisədə öldürülənlər ər, arvad, onların qızı, oğlu, gəlini və azyaşlı nəvəsidir. Meyitləri evdə qonşular aşkar ediblər.Şahidlər uşağın ölən ana qucağında yaralı halda olduğunu qeyd ediblər. Xəstəxanaya çatdırılan körpənin həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumatlara görə, hadisənin Rusiyanın 102-ci bazasının hərbçisi törədib. Onun qaçdığı və silahlı olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam edir.
Samir