21 Avqust 2023 21:33
2 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ordusunun təqaüdçü generalı Ben Hodces nüvə müharibəsi təhlükəsini ciddi qəbul etməyin vacibliyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, general Rusiyanın dünyanı belə bir təhlükəyə sürüklədiyini deyib.

"Nüvə müharibəsi təhlükəsini ciddi qəbul etməliyik. Rusiyanın minlərlə nüvə başlığı var, onlar nə qədər günahsız insanı öldürdükləri ilə maraqlanmırlar. Amma bunun çox çətin olduğunu da düşünürəm", - Hodces qeyd edib.

General əlavə edib ki, Rusiya nüvə fəlakətindən faydalana bilməyəcək: "Nüvə silahından istifadə etsələr, müsbət nəticə sıfır olacaq".

Onun fikrincə, bu, Moskva üçün çox təhlükəlidir, çünki BMT üzvü kimi nüvə ritorikası ilə oynayır, bu məsuliyyətsizlikdir:

"Görürlər, belə bir ehtimaldan o qədər narahatıq ki, Ukraynanı lazım olan, məsələn, uzaqmənzilli silahlarla təmin etməyi dayandırırıq. Düşünürəm ki, bu, ABŞ rəhbərliyinin nüvə eskalasiyasından narahat olması ilə bağlıdır".

Bununla yanaşı, Hodces əlavə edib ki, ingilislər və fransızlar Ukraynanı "Storm Shadow" raketləri kimi yüksək dəqiqliyə malik, uzaqmənzilli silahlarla təmin edəndə Rusiya heç nə etməyib:

"Heç nə edə bilmədilər. Beləliklə, nüvə müharibəsi ehtimalı çox azdır".

General həmçinin Çinin Rusiyaya nüvə silahından istifadə etməməsi barədə xəbərdarlıq etməli olduğunu söyləyib:

"ABŞ Prezidenti Co Bayden xəbərdarlıq etdi ki, buna getsələr, nəticələri fəlakətli olacaq. Məncə, ona inanırlar".

Eyni zamanda, Hodces Rusiya nüvə silahından istifadə etsə belə, Ukraynanın dayanmayacağını da vurğulayıb:

"Həm də mənə elə gəlir ki, Putinin ətrafındakı insanlar ondan sonrakı həyatı düşünürlər. Bunda hər hansı formada iştirak edənlər bilirlər ki, bu, onlar üçün son olacaq, cavab verəcəklər".

Hodces həmçinin qeyd edib ki, Rusiyanın taktiki nüvə silahları ya infrastrukturunu məhv etmək üçün hazır planlar var:

"Odur ki, hər hansı bir addımın Xirosima kimi olacağını güman etmək kimi səhvə yol verməyin. Həmçinin Rusiyanın nüvə zərbəsi üçün konkret hədəfi yoxdur. Bu, hücum ehtimalının aşağı olduğunu göstərən başqa bir amildir.

Müharibənin bitəcəyi bir yer yoxdur, deyirlər ki, bir yeri dağıdıb, üstünlük qazanıb qalib gələcəklər. Düşünürəm ki, onlar artıq digər raketləri ilə Ukrayna şəhərlərinə kifayət qədər dağıntılar yaşadıblar. Ona görə də harada istifadə edəcəklərini bilmirəm. Ola bilsin ki, əhalinin olmadığı və ya az əhalisi olan yerdə, sadəcə göstərmək üçün ki, baxın, belə gücümüz var".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər