Ukraynanın müvəqqəti işğal altında olan Mariupol limanında Rusiya hərbi gəmisi lövbər salıb.
Teleqraf.com xəbər verir ki, bundan əvvəl orada rusların dörd hücum helikopteri də müşahidə edilib.
Bu barədə Mariupol merinin müşaviri Petr Andryuşenko "Telegram" kanalında məlumat verib.
"Mariupol limanı hərbi bazaya çevrilib. Dünən Rusiya hərbi gəmisi işğaldan sonra ilk dəfə olaraq Mariupol dəniz limanının akvatoriyasına daxil olub və lövbər salıb", - deyə Andryuşenko qeyd edib.
Bundan əlavə, onun sözlərinə görə, gəminin yanalmasından bir saat əvvəl dörd müxtəlif döyüş helikopteri liman ərazisinə enib və axşama qədər orada qalıb.