23 Avqust 2023 17:19
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük ehtimalla, Çin Ukraynanın ələ keçirilən ərazilərində istehkamların qurulmasında Rusiyaya kömək edib.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın “The Wall Street Journal” qəzeti bunu iki ölkə arasında bəzi ticarət müqavilələrinin xarakterinin sübut etdiyini yazır.

Nəşr qeyd edir ki, cari ilin 7 ayında ölkələr arasında ikitərəfli ticarətin həcmi 36 faiz artıb. Eyni zamanda, təchizatlarda ikilitəyinatlı və hərbi məqsədlər üçün istifadə oluna bilən xeyli texnika var. Təsadüfi deyil ki, Ukrayna ordusunun əks-hücumunun başlamasından sonra öz müdafiə xətlərini gücləndirən Rusiya Çindən ekskavator idxalını üç dəfədən çox artırıb.

Bundan əlavə, Amerika nəşri iddia edir ki, Çin müharibə zamanı Rusiyaya “uşaq oyuncağı” kimi maskalanmış 1000 dron, 6 helikopter, optik nişangah, silah istehsalında istifadə edilən titan məhsulları və hərbi aviasiya üçün nəzərdə tutulan aviasiya hissələri təhvil verib.


Müəllif: Mənsur Rəğbətoğlu