24 Avqust 2023 10:36
2 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaqner” lideri Yevgeni Priqojin baş verənləri Prezident Vladimir Putinin üstünə yıxmaq və onu hakimiyyətdən uzaqlaşdırmaq üçün qiyamın əsl təşkilatçıları tərəfindən öldürülüb.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.

“İki qorcuns hərbi cinayətkar - Priqojin və Utkin məhv edildi. Bu, Ukrayna üçün böyük uğurdur. Amma hesab edirəm ki, indi üçüncü ən böyük cinayətkarın - Putinin hakimiyyəti və həyatı təhlükə altındadır”, - ekspert bildirib.

Onun sözlərinə görə, Putin Priqojinə nifrət edirdi, amma onu öldürmək fikrində deyildi:

“Mənim hesablamalarıma görə, Priqojin əhalinin 10 faizini təşkil edən “z-patriotları”nın qəhrəmanı idi. Ölü Priqojinin parlaq obrazı Putin üçün canlı Priqojindən daha qorxuncdur.

İnanıram ki, o, qiyamın təşkilatçıları tərəfindən Putinə qarşı ittihamlara onun “vətənpərvər Priqojin”i öldürməsi kimi dəhşətli məqamı əlavə etmək üçün öldürülüb”.


Müəllif: Mənsur Rəğbətoğlu